DMC
Cənub-Şərqi Asiyanı birlikdə kəşf edək
Müəllif turları
Səyahətinizi məhz sizin maraqlarınız, istəkləriniz, büdcəniz və zamanınız əsasında tərtib edirik. Nə vaxt və hara gedəcəyinizə, harada qalacağınıza isə siz qərar verirsiniz.
Qrup şəklində səyahətlər
Regionda səyahətinizi sizinlə həmfikir, oxşar maraq dairəsi olan insanlarla birlikdə kəşf etmək imkanları təklif edirik.
Və nələr nələr
MİCE tədbirlər, konsyerj xidmətləri, premium servislər, 7/24 dəstək və s. daxil olmaqla, daha nələr nələr…
Niyə Asia İnsight və məqsədimiz?
İllər ərzində toplanan yaşam və səyahət təcrübələrimi bir instagram bloqundan daha geniş fəaliyyət növünə keçirmək qərarı ağlımda formalaşırdı.
Belə ki, Asiyaya səyahət etmək istəyən həmvətənlərimə bu istəyi regionun unikal yerlərini yaxından göstərməklə və keyfiyyətli planlama ilə daha əlçatan etmək istərdim. Elə yerindəcə lokal şirkətlərlə əməkdaşlıq qurma imkanları, gündəlik araşdırmalarım nəticə olaraq sizin səyahətinizin tam keyfiyyətli, büdcəli, komfortlu və heç bir narahatlıq olmadan keçməsinin zəmanətidir.
Yaxın 5 il üçün məqsədim regiondakı bütün ölkələrə qrup şəklində turlar təşkil etmək, sizlərdən maksimum müsbət rəy almaq və fəaliyyətimi daha da keyfiyyətli etməkdir.
Hörmətlə
Həsən
İstiqamətlər
Vyetnam
Vyetnam “mədəniyyət şoku” sözünün mənasını sizə hiss etdirən ölkələrdən olacaq. Bu ölkə barədə ümumi yazını sizinlə paylaşmaq istərdik
Tayland
Tayland barədə tez-tez “Land of smiles” deyildiyini yəqin ki, eşitmisiniz. Bu, heç də ona görə deyil ki, burada çətənə bitkisinin istifadəsi leqaldır. Bu ölkədə gəzəndə insanların sizə baxıb gülümsəməyi, sizdə də qarşılıqlı olaraq eyni reaksiyanı yaradır. Bu isə bütün gününüzün pozitiv keçməyinin zəmanətidir.
İndoneziya (Bali)
Şərqdən qərbə 5000 kilometr uzanan İndoneziya 17.000-dən çox adanı özündə birləşdirir. Ən əsası, bu ölkə mədəni müxtəlifliyi və dünyanın top turizm istiqaməti sayılan Bali adası ilə çox məşhurdur.
Malayziya
Malayziyaya səyahət etdikdə sanki eyni anda bir neçə ölkəni ziyarət etmiş olursunuz. Ərəb, hind, çin mədəniyyətlərinin qarışığı bu ölkənin müxtəlifliyini hiss etdirir.
Laos
Laos özlüyündə Luang Prabang’ın sakit məbədlərindən Vang Vieng’in heyrətamiz dağ mənzərələrinə qədər təbii gözəlliyə və mənəvi irsə sakit bir səyahət təklif edir. Burada çay kruizlərindən həzz ala, yamyaşıl meşələri kəşf edə və ənənəvi kəndlərin isti qonaqpərvərliyini hiss edə bilərsiniz.
Sinqapur
Sinqapur Asiyanın ürəyində müasir və dinamik bir şəhər-dövlətdir. Marina Bay, Sentosa Adası və Chinatown kimi üç əsas məkan sizi unudulmaz təcrübələrlə dolu bir səyahətə dəvət edir.
Kamboca
Kamboca, Cənub-Şərqi Asiya bölgəsində ən az inkişaf etmiş ölkələrindən biridir. Ancaq yenə də Kambocaya səyahət edən turistlərin sayı getdikcə artır. Kambocanın şöhrət qazanmasının bir çox səbəbi var. Bunlardan ən məşhuru kxmerlər tərəfindən inşa edilən, xarabalığa bənzəyən Anqkor Vat məbədidir. Əgər Kambocaya səyahət planlaşdırırsınızsa, onda sizə deyə bilərəm ki, Kambocada, gəzdikdən sonra böyük bir zövq duyacağınız bir çox məşhur və cəlbedici turizm məkanı və ziyarət ediləcək yerlər var.
Multi ölkə turları
Tez-tez Verilən Suallar
– Maraqlarınızı və yaşamaq istədiyiniz anları dinlədikdən sonra sizə lazım olan istiqamətlər, qoşulmaq istədiyiniz fəaliyyətlər, “event”lər daxil olmaqla unikal bir səyahət planının hazırlanması;
– Fərdiləşdirilmiş marşrutlar və xüsusi tələblər üzrə səyahət planının hazırlanması;
– Səyahət logistikasının ən uyğun, operativ təşkil olunması;
Burada bizə yerli, reputasiyalı bələdçi şirkətlər, mobil tətbiqlər və öz araşdırmalarımız kömək olacaq. Bu da öz növbəsində sizin büdcənizə və ən vacibi vaxtınıza qənaət etməklə nəticələnərək “scam” olmayan, həm də adekvat qiymətlərlə müxtəlif servislərdən istifadə etməyinizə, gəzintinizin tam rahat keçməsinə səbəb olacaqdır.
– Bura gəldikdən sonra sizə ən uyğun kafe-restoranları, yerləri, küçələri, əraziləri tapmaqda, 7/24 online qaydada suallarınızı cavablandırmaqda köməklik;
– Fərdi və ya qrup şəklində gələnlər şəxsi iştirakla bələdçilik edəcəyimiz turlara da yazıla bilərlər.
Noyabr – May aylarını ümumi olaraq uyğun saya bilərik. Amma regionun coğrafiyası böyük olduğundan il ərzində müxtəlif istiqamətlərdə də mükəmməl səyahət planlamaq olar.
Uçuş və vizanızı nəzərə almasaq, deyə bilərəm ki, hər şey daxil xərcləriniz 1 gün üçün təxminən aşağıdakı kimi bölünür:
– Az büdcəli səyahət edən üçün 30-60$;
– Orta büdcəli səyahət edən üçün 50-100$;
– Komfortlu səyahət edən üçün 100$ üzəri.
Gün sayınız məhduddursa, məsləhətim 1-2 şəhərə, əraziyə fokuslanmaq olacaq. Ölkələr arası uçuşlar onsuz da uzun olan yolunuzu uzadacaq və siz zövq ala bilməyəcəksiz.
Getdiyiniz istiqamətləri bir qədər araşdırın, əşyalarınızı qoruyun, ayıq-sayıq olun, reputasiyalı xidmətlərdən, yerli şirkətlərdən istifadə edin və sağlamlıq riskləri haqqında məlumatlı olun.
Ailə və uşaq ilə səyahət edənlər Asiyada çoxdur. Sizə uyğun olan kafe və restoranları bəzən yerində tapmaq olur, bəzən isə öncədən araşdırmaq lazım olur. Asiya mətbəxinin spesifikliyini və istəklərinizi nəzərə alaraq bu barədə seçim etməkdə sizə dəstək ola bilərik.
Xidmətlərimiz və Qiymətlər
Full
- Gündəlik planınızın hazırlanması
- Marşrutun hazırlanması, eləcə də hazır marşrutunuza düzəlişlər
- Qalmaq üçün yer seçimləri
- Google.maps üzəri gediləsi yerlərin ünvanı
- Gedəcəyiniz yerdə əyləncə və qida yerləri
- Bütün növ nəqliyyatın öncədən rezervasiyasında dəstək
- Qonaqlama və konsyerj xidmətlərinin rezervasiyasında dəstək
- Yerli turların öncədən rezervasiyası
- Viza, sığorta, uçuş məsləhətləri
- Səyahətiniz zamanı təmmənasız online dəstək ( Whtasapp, Zəng )
- Səyahətiniz zamanı təmmənasız online dəstək ( Whtasapp, Zəng )
250 ₼
Premium

- Bütün növ nəqliyyatın öncədən rezervasiyası
- Qonaqlama və konsyerj xidmətlərinin rezervasiyası
- Yerli turların öncədən rezervasiyası
- Viza, sığorta, üçuşların öncədən rezervasiyası
- Səyahətiniz zamanı təmmənasız online dəstək ( Whtasapp, Zəng )
- Yerində dəyişikliklər və araşdırmalar
350 ₼
Şəxsi iştirakım ilə turlar
Dostlar, Cənub-Şərqi Asiyanı mənim ilə gəzmək istəyirsinizsə, fərdi və qrup şəkildə turların təşkilatçılığını edirəm. Qiymət və detallı məlumatlar üçün Whatsapp-a yaza bilərsiz.