DMC Fəaliyyətimiz

Destination Management nədir?

Səyahətinizdən öncə Asia İnsight olaraq səyahətinizin ən çətin, vaxt aparan və kifayət qədər yorucu olan planlama mərhələsində bizim dəstəyimiz sizə vacib olacaqdır. Gəlin, sizə izah edək.

Əsasən, Cənub-Şərqi Asiya ölkələrinə (xüsusilə, İndoneziya, Tayland, Vyetnam, Sinqapur, Malayziya və digər) səfər edərkən sizi narahat edən hansısa sual yarandığı təqdirdə, biz sizə kömək edəcəyik. Uzun illərdir burada yerləşməyimiz və “in-destination” xidmətlər göstərməyimiz bizə yerindəcə lazım olan əlaqələr qurmağa və yerli, reputasiyalı şirkətlərlə işləməyə kömək edir. Yekunda isə bu proses bizim sizə sərfəli qiymətlər təqdim etməyimizlə nəticələnir.

Ümumiyyətlə, Destination Management Company (DMC) turizm sektorunda geniş şəkildə istifadə olunur və individual şəxslərə, bütün növ turizm agentliklərinə, getdikləri məkanı sadəcə ziyarət etmək imkanı deyil, oranın bir parçası olmaq imkanı da verir. Eləcə də, daha dərindən mədəni təcrübələr təqdim etməkdə köməklik göstərir. DMC tərəfindən təklif olunan yerli biliklər sizə ən yaxşı otelləri, restoranları və müxtəlif fəaliyyətləri təcrübə etməkdə kömək edir və nədən çəkinməli olduğunuz barəsində məsləhət verir.

DMC ilə əməkdaşlığın sizin təsəvvür edə bilməyəcəyiniz qədər maddi faydası vardır – öncədən bütün növ xidmətlərin danışılması, ümumi təşkilatçılıq və konsultasiyalar sizin büdcənizə qənaət etməyinizə gətirib çıxaracaqdır.

DMC tərəfindən təklif olunan seçimlər səyahətinizə müxtəlif faydalar verəcəkdir. Bunlara autentiklik, zaman və xərc qənaəti, sizə və müştərilərinizə 7/24 servis, maksimal təhlükəsizlik standartlarına cavab verən marşrutlar, lokal əlaqələr daxildir. Bu isə səyahətinizin stressiz keçməyi deməkdir.

Beləliklə, bizimlə əməkdaşlıq özünüz və ya şirkətiniz üçün getdiyiniz yerin ən unikal təcrübəsini hiss edərək, potensial risk və lazımsız xərclərdən uzaq olmağınız deməkdir. Əvəzində isə sizin yegənə işiniz səyahətinizdən maksimal zövq almaq və xoş xatirələri yaddaşınıza həkk etmək olacaqdır.

Səyahətimi Planla

Please enable JavaScript in your browser to complete this form.
(sizinlə operativ əlaqə saxlamaq üçün)
(sizinlə operativ əlaqə saxlamaq üçün)
Gələcəyiniz dəqiq tarixi bilirsiniz mi?
Beynəlxalq Uçuş Biletlərini və Vizanı çıxmaq şərti ilə, bir gün və bir nəfər üçün USD ilə təxmini büdcəniz ( hər şey daxil )
Hansı səyahət tərzinə üstünlük verirsiniz?
Dəqiq bir səyahət planınız varmı?