İndoneziya

Başlıqlar

Şərqdən qərbə 5000 kilometr uzanan İndoneziya 17.000-dən çox adanı özündə birləşdirir. Ən əsası, bu ölkə mədəni müxtəlifliyi və dünyanın top turizm istiqaməti sayılan Bali adası ilə çox məşhurdur.

Sörfçülər, çimərlik həvəskarları, yemək həvəskarları, mənəvi və ruhən dincəlmək istəyənlər üçün tropik Bali düzgün seçim olacaq. Ubudda zəngin tarix, məbədlər, hippi atmosferli kafelər və küçələr, çaylar, şəlalələr, düyü tarlaları, qəhvə plantasiyaları və çoxlu cəngəllik macəraları kəşf edəcəksiniz. Balinin düz yanında Maldivləri sizə əvəzləyəcək Gili adalarına qısa bir qayıq səfəri də götürə bilərsiniz. Komodo Milli Parkı isə təxminən 29 vulkanik adanı əhatə edir və dünyanın ən böyük kərtənkələsi olan Komodo əjdahasına ev sahibliyi edir.

İndoneziyaya səyahəti Asia İnsight ilə planlaya və bu ölkədə göstərdiyimiz bələdçilik xidmətindən istifadə edə bilərsiniz.

Viza və uçuşlar

Viza

Azərbaycan vətəndaşları İndoneziyaya turizm məqsədli səfər etdikdə, ölkəyə giriş üçün viza tələb olunur. Vizaya müraciət həm onlinə şəkildə (https://molina.imigrasi.go.id/) , həm də Bakıda yerləşən İndoneziya səfirliyi vasitəsi ilə mümkündür. Viza 30 günə qədər verilir və viza rüsumu 105 USD təşkil edir.

Viza haqqında videomuzu izlə:
https://www.instagram.com/reel/C8WfmbiyNvN/

Uçuşlar

Bali adasının əsas beynəlxalq hava limanı Ngurah Rai Beynəlxalq Hava Limanı (Denpasar) sayılır. Azərbaycandan birbaşa uçuş olmadığından, qiymət/komfort/zaman baxımından ən uyğun reyslər Qatar Airways (Doha üzəri), Air Arabia(Sharjah) və Turkish Airlines(İstanbul üzəri) sayılır. Digər alternativ marşrutlar da mövcuddur və bunlar bir qədər araşdırma tələb edə bilər. Uçuş biletlərini mümkün qədər əvvəl alaraq büdcənizə qənaət edə bilərsiniz.

Təhlükəsizlik və sağlamlıq

Sağlamlıq

Səyahətə çıxarkən sağlamlığınızın qayğısına qalmaq çox vacibdir. İlk növbədə, səhiyyə sığortası etdirmək lazımdır. Indoneziya rəsmi olaraq peyvənd tələb etməsə də, öz həkiminizlə məsləhətləşməyiniz məsləhətdir. Xüsusi narahatlığınız varsa, mütləq həkimdən məsləhət alın.
Cənub-Şərqi Asiyada ən çox yayılan viruslardan biri DENGE virusudur, bu virus ağcaqanad sancması ilə yayılır. İnternetdə bu virusun simptomları və sağalma yolları haqqında çoxlu məlumat tapa bilərsiniz.

Təhlükəsizlik

Ümumən Bali adası səyahət üçün təhlükəsiz istiqamətlərdən sayılır, lakin burada da gecə həyatının qaynayıb-qarışdığı ərazilərdə, şəhər mərkəzlərində və turistlərin çox olduğu yerlərdə fırıldaqçılar nəqliyyat üçün artıq ödəniş tələb edə bilər. Pul dəyişərkən isə yoxlanılmış və çox adamın getdiyi yerlərə üz tutun. Sıx yerlərdə əşyalarınızdan ehtiyyatlı olun.
Burada lyuks həyat yaşamaq üçün qızıl əşyalar və bahalı aksesuarlar ilə çöldə gəzməyə ehtiyac yoxdur. Əksinə, bu cür əşyalar motoçular tərəfindən hədəf alınan ilk şeylərdir. Sadə və diqqətsiz qalmaq ən yaxşı seçimdir. Yolları keçərkən motosiklet axını çox olduğundan, ehtiyyatınızı saxlayın.

İstiqamətlər və nəqliyyat

İstiqamətlər

“Tanrıların adası” kimi tanınan Bali, zəngin mədəniyyəti və təbii gözəllikləri ilə məşhurdur və İndoneziyanın incisi hesab edilir. Tropik iqlimi, gün batımı izləmək üçün möhtəşəm sahilləri və təmiz suları ilə tanınan Bali, eyni zamanda tarixi məbədləri və rəngarəng festivalları ilə də turistlərin diqqətini çəkir. Adada yaşamaq, sakit kənd həyatını xatırladır, buna baxçayaraq heç də sakit olmayan müxtəlif təcrübələr təklif edir. Bali’nin əsas turizm istiqamətləri arasında Ubud, Kuta, Seminyak, Nusa Dua, Nusa Penida, Uluwatu, və Canggu kimi yerlər var. Hər bir istiqamət özünəməxsus cazibədarlıq və unikal təcrübələr təqdim edir, məsələn, Ubud sənət və mədəniyyət mərkəzi, Kuta/Canggu isə gecə həyatı və dalğaları ilə məşhurdur.

Nəqliyyat

Balidə şəhər içi nəqliyyatda ən çox istifadə edilən vasitələr motosikletlər və skuterlərdir. Skuterlər, xüsusilə turistlər arasında çox məşhurdur və adanın dar və sıx yollarında hərəkət etmək üçün əlverişlidir. Taksi xidmətləri də mövcuddur, lakin taksi sifariş edərkən qiymətlərin əvvəlcədən danışılması məsləhətdir. Gojek və Grab kimi mobil tətbiqlər vasitəsilə motosiklet taksi və avtomobil sifarişi etmək rahatdır və təhlükəsizdir. Onu da qeyd edim ki, Balidə son illər yaranan tıxaclar adanın bir nömrəli probleminə çevrilməkdədir.
Balidə şəhərlərarası nəqliyyatda bərə və sürətli qayıqlar, xüsusilə yaxın adalara səyahət üçün geniş istifadə olunur. Əgər ətrafdakı adalara keçməyi planlaşdırırsınızsa, sürətli qayıq xidmətləri ideal bir seçimdir. Ayrıca, yerli avtobus xidmətləri və xüsusi tur şirkətləri vasitəsilə adanın müxtəlif bölgələrinə səyahət edə bilərsiniz. Balinin əsas hava limanı olan Ngurah Rai Beynəlxalq Hava Limanı, dünyanın müxtəlif yerlərindən uçuşlarla adaya rahat giriş imkanı təmin edir.

İndoneziyaya səyahət edərkən rahat və problemsiz bir təcrübə üçün bu məlumatlardan yararlanın və səyahətinizin planlamasını tam əminliklə bizə həvalə edə bilərsiz. 

İstiqamətlər
Hasan

Kamboca

Başlıqlar Viza və uçuşlar Viza Azərbaycan vətəndaşları Kambocaya turizm məqsədli səfər planladıqda həm elektron viza ala bilər(https://www.evisa.gov.kh/application), həm də ölkəyə

davamını oxu »
İstiqamətlər
Hasan

Sinqapur

Başlıqlar Sinqapur Asiyanın ürəyində müasir və dinamik bir şəhər-dövlətdir. Marina Bay, Sentosa Adası və Chinatown kimi üç əsas məkan sizi

davamını oxu »
İstiqamətlər
Hasan

Laos

Başlıqlar Laos özlüyündə Luang Prabang’ın sakit məbədlərindən Vang Vieng’in heyrətamiz dağ mənzərələrinə qədər təbii gözəlliyə və mənəvi irsə sakit bir

davamını oxu »

Səfərimi Planla

Please enable JavaScript in your browser to complete this form.
(sizinlə operativ əlaqə saxlamaq üçün)
(sizinlə operativ əlaqə saxlamaq üçün)
Gələcəyiniz dəqiq tarixi bilirsiniz mi?
Beynəlxalq Uçuş Biletlərini və Vizanı çıxmaq şərti ilə, bir gün və bir nəfər üçün USD ilə təxmini büdcəniz ( hər şey daxil )
Hansı səyahət tərzinə üstünlük verirsiniz?
Dəqiq bir səyahət planınız varmı?