Başlıqlar
Viza və uçuşlar
Viza
Azərbaycan vətəndaşları Kambocaya turizm məqsədli səfər planladıqda həm elektron viza ala bilər(https://www.evisa.gov.kh/application), həm də ölkəyə gəldikdə elə yerindəcə vizaya müraciyət edə bilərlər. Rüsum 35-40 USD arası dəyişir və 30 gün müddətinə verilir.
Kamboca vizası haqqında videomuzu izlə: https://www.instagram.com/reel/Cuw5ScrrIR7/
Uçuşlar
Kambocanın əsas beynəlxalq hava limanları paytaxt Phnom Penh və ikinci böyük şəhəri Siem Reap də yerləşir. Azərbaycandan Kambocaya nəyinki birbaşa uçuş yoxdur, hətta iki tranzit ölkə üzərindən istifadə gərəkdir. Bu diskomfortu yaşamamaq üçün, Kambocanı Vyetnam, Malayziya, Tayland kimi ölkələrə gəldikdə səyahətiniz bir hissəsi edə bilərsiniz.
Təhlükəsizlik və sağlamlıq
Sağlamlıq
Səfər müddətində tibbi xərcləri əhatə edən geniş səhiyyə sığortası əldə edin. Kamboca xüsusi peyvəndlər tələb etməsə də, səyahətdən əvvəl həkiminizlə rutin peyvəndlər haqqında məsləhətləşmək məsləhətdir. Xüsusi sağlamlıq problemləriniz varsa, peşəkar tibbi məsləhət alın.
Cənub-Şərqi Asiyada, o cümlədən Malayziyada, ağcaqanadlar vasitəsilə yayılan DENGE virusu vardır. Özünüzü qorumaq üçün həşərat spreyi istifadə edin və bitki örtüyü çox olan yerlərdə uzun qollu köynək və şalvar geyin. Çiy su və buzlu içkilər içməkdən çəkinin.
Təhlükəsizlik
Kambocada təhlükəsizlik baxımından ehtiyyatlı olmaq lazımdır. İqisadiyyatının zəifliyi, insanların da həyat tərzində hiss olunur. Burada oğurluq, cibgirlik, hər hansı bir servisin baha qiymətə satılması mümkündür. Bununla belə, sıx yerlərdə əşyalarınıza diqqət yetirin, xüsusilə bazar və turistik məkanlarda. Nəqliyyat xidmətlərini, məsələn, taksiləri və ya Grab kimi tətbiqləri istifadə edərkən, taksometrin işə salındığından əmin olun və ya əvvəlcədən qiymət razılaşması edin.
Pul dəyişərkən, etibarlı və tanınmış məntəqələrdən, məsələn, banklardan və ya lisenziyalı pul dəyişənlərdən istifadə edin. Küçə satıcılarının təklif etdiyi valyuta dəyişmə xidmətlərindən çəkinin.
Yolları keçərkən ehtiyatlı olun, həmişə piyadalar üçün keçidlərdən istifadə edin və yol hərəkəti qaydalarına riayət edin.
İstiqamətlər və nəqliyyat
İstiqamətlər
Kambocanın əsas turizm istiqamətləri arasında Siem Reap şəhərində yerləşən və dünyanın ən böyük məbəd kompleksi sayılan Angkor Wat məbədidir. Paytaxt Phnom Penh gecə bazarları ilə, mekong çayının sahil qırağı və müharibə vaxtından qalmış, acı tarixli muzeyləri ilə məşhurdur. Siem Reap, Sihanoukville, Kampot, Kep və Battambang kimi yerlər də turistlər üçün flora və faunasına, tarixinə görə cəlbedici gəlir. Bu istiqamətləri gəzmək üçün sizə ümumi olaraq ortalama 5-7 gün tam bəs yetərlidir.
Angkor Wat haqqında videomuzu izlə: https://www.instagram.com/reel/CwXL_mlIMzK/
Nəqliyyat
Kambocada ən çox istifadə edilən vasitələr tuk-tuk və GRAB moto+maşın xidmətləridir. Şəhərlərarası avtobus xətləri də geniş yayılıb və şəhərin müxtəlif bölgələrinə asanlıqla çatmağa kömək edir.