Başlıqlar
Laos özlüyündə Luang Prabang’ın sakit məbədlərindən Vang Vieng’in heyrətamiz dağ mənzərələrinə qədər təbii gözəlliyə və mənəvi irsə sakit bir səyahət təklif edir. Burada çay kruizlərindən həzz ala, yamyaşıl meşələri kəşf edə və ənənəvi kəndlərin isti qonaqpərvərliyini hiss edə bilərsiniz.
Luang Prabang – UNESCO Dünya Mirası siyahısına daxil edilmiş bir incidir. Qədim buddist məbədləri və fransız kolonial memarlığı ilə zəngindir. Mekong çayı üzərində Pak Ou mağaralarını ziyarət etmək mümkündür. Həmçinin, burada Kuang Si şəlaləsinin təbii gözəlliyini kəşf edəcəksiniz. Səhər erkən rahiblərin yürüşünü izləyərək ruhani bir təcrübə də yaşaya bilərsiniz.
Vientiane – Laosun paytaxtı və ən böyük şəhəridir, sadə cazibəsi və zəngin tarixi ilə sizi valeh edəcək. Pha That Luang – ölkənin ən müqəddəs ziyarətgahıdır. Mekong çayının sahillərində gün batımını izləyərək rahat bir axşam keçirə bilərsiniz.
Vang Vieng – macəra axtaranların cənnətidir. Nam Song çayının ətrafında yerləşən bu kiçik şəhər təbii gözəllikləri və açıq hava fəaliyyətləri ilə tanınır. Qayalı dağlar, yaşıl düyü tarlaları və gizli mağaralar yeni macəralar təklif edir. Çayda tubing və kayak kimi fəaliyyətlər adrenalini artırır. Vang Viengin təbiəti və yerli kəndlərin sadəliyi ziyarətçilərə həm rahatlamaq, həm də macəra yaşamaq imkanı yaradır.
Laosun bu üç əsas məkanı özünəməxsus xüsusiyyətləri ilə sizə unudulmaz bir səyahət təcrübəsi təqdim edir. Burada hər an, hər kəşf həyatınıza yeni rənglər qatacaq. Laos sizin üçün sadəcə bir səyahət yeri deyil, ruhunuzun və qəlbinizin yeni evinə çevriləcək.
Viza və uçuşlar
Viza
Azərbaycan vətəndaşları Laosa turizm məqsədli səfər planladıqda həm elektron viza ala bilər ( https://laoevisa.gov.la/index ), həm də ölkəyə gəldikdə elə yerindəcə vizaya müraciyət edə bilərlər. Rüsum 50 USD və 30 gün müddətinə verilir.
Uçuşlar
Laosun əsas beynəlxalq hava limanları paytaxt Vientiane və Luang Prabang-da yerləşir. Azərbaycandan Laosa nəyinki birbaşa uçuş yoxdur, hətta iki tranzit ölkə üzərindən istifadə gərəkdir. Bu diskomfortu yaşamamaq üçün, Laosu Vyetnam, Malayziya, Tayland kimi ölkələrə gəldikdə səyahətiniz bir hissəsi edə bilərsiniz.
Təhlükəsizlik və sağlamlıq
Sağlamlıq
Səyahətə çıxarkən sağlamlığınızın qayğısına qalmaq çox vacibdir. İlk növbədə, səhiyyə sığortası etdirmək lazımdır. Vyetnam rəsmi olaraq peyvənd tələb etməsə də, öz həkiminizlə məsləhətləşməyiniz məsləhətdir. Xüsusi narahatlığınız varsa, mütləq həkimdən məsləhət alın.
Vyetnamda ən çox yayılan viruslardan biri DENGE virusudur, bu virus ağcaqanad sancması ilə yayılır. İnternetdə bu virusun simptomları və sağalma yolları haqqında çoxlu məlumat tapa bilərsiniz.
Yeməkdən zəhərlənmə riski də burada var. Bu hər zaman, hər yerdə baş verə biləcək bir haldır. Xüsusilə Vyetnamda dəniz məhsulları geniş yayılmış olduğundan, bu məhsullara xüsusi diqqət yetirmək vacibdir. Yeməklərin təmizliyinə və təzəliyinə diq qət etmək sağlam qalmağınızı təmin edəcək.
Ən önəmli nöqtərədən biri də Vyetnamda heç vaxt çeşmə suyu içməyin.
Təhlükəsizlik
Vyetnamda olduğum və yaşadığım müddətdə ağır kriminal hadisələrlə rastlaşmamışam. Ümumən Vyetnam səyahət üçün təhlükəsiz istiqamətlərdən sayılır və ən çox rastlanan problem xırda cibgirlikdir və bu, əsasən şəhər mərkəzlərində və turistlərin çox olduğu yerlərdə baş verir. Şəxsi təhlükəsizliyinizi qorumaq üçün hər zaman ayıq olun, yol qırağında telefonla çəkiliş edərək gəzməyin.
Onlayn fırıldaqlar da ola bilər, buna görə də gələn mesajlarda linklərə diqqətlə yanaşın. Pul dəyişərkən isə yoxlanılmış və çox adamın getdiyi yerlərə üz tutun.
Burada lyuks həyat yaşamaq üçün qızıl əşyalar və bahalı aksesuarlar ilə çöldə gəzməyə ehtiyac yoxdur. Əksinə, bu cür əşyalar motoçular tərəfindən hədəf alınan ilk şeylərdir. Sadə və diqqətsiz qalmaq ən yaxşı seçimdir.
Onlayn fırıldaqlar da ola bilər, buna görə də gələn mesajlarda linklərə diqqətlə yanaşın. Pul dəyişərkən isə yoxlanılmış və çox adamın getdiyi yerlərə üz tutun.
Burada lyuks həyat yaşamaq üçün qızıl əşyalar və bahalı aksesuarlar ilə çöldə gəzməyə ehtiyac yoxdur. Əksinə, bu cür əşyalar motoçular tərəfindən hədəf alınan ilk şeylərdir. Sadə və diqqətsiz qalmaq ən yaxşı seçimdir.
İstiqamətlər və nəqliyyat
İstiqamətlər
“Budda ölkəsi” olaraq tanınan Laos, zəngin mədəniyyəti və təbii gözəllikləri ilə tanınır. Laosun əsas turizm istiqamətləri arasında Vientiane, Luang Prabang, Vang Vieng, Pakse, və Plain of Jars kimi yerlər var. Vientiane ölkənin paytaxtı olaraq tarixi və mədəni abidələri ilə diqqət çəkir. Luang Prabang isə UNESCO-nun Dünya İrsi Siyahısında olan qədim məbədləri və gözəl mənzərələri ilə məşhurdur. Vang Vieng təbiət həvəskarları üçün ideal məkan olaraq müxtəlif açıq hava fəaliyyətləri, xüsusilə də kanoe və gəzinti üçün tanınır.
Nəqliyyat
Laosda şəhər içi nəqliyyatda ən çox istifadə edilən vasitələr tuk-tuklar, motosikletlər və avtobuslardır. Tuk-tuklar, xüsusilə turistlər arasında çox məşhurdur və şəhərin dar yollarında hərəkət etmək üçün əlverişlidir. Motosikletlər də şəhər daxilində sürətli və çevik nəqliyyat imkanı təqdim edir. Avtobus xətləri geniş yayılıb və şəhərin müxtəlif bölgələrinə çatmağa kömək edir. Taksi xidmətləri də mövcuddur, lakin qiymətlərin əvvəlcədən danışılması məsləhətdir.
Şəhərlərarası nəqliyyatda avtobuslar və qayıqlar geniş istifadə olunur. Laosda şəhərlər arasında səyahət etmək üçün avtobuslar ən geniş yayılmış nəqliyyat vasitəsidir. Mekong çayı boyunca səyahət üçün qayıq xidmətləri də mövcuddur və xüsusilə Pakse və Luang Prabang arasında geniş istifadə edilir. Laosun əsas hava limanları olan Vientiane Wattay Beynəlxalq Hava Limanı və Luang Prabang Beynəlxalq Hava Limanı, ölkəyə rahat giriş imkanı təmin edir. Bu xüsusiyyətlər Laosda təhlükəsiz və rahat bir səyahətin zəmanətidir.