Başlıqlar
Malayziyaya səyahət etdikdə sanki eyni anda bir neçə ölkəni ziyarət etmiş olursunuz. Ərəb, hind, çin mədəniyyətlərinin qarışığı bu ölkənin müxtəlifliyini hiss etdirir.
Paytaxt Kuala Lumpur Asiyanın ən müasir şəhərlərdəndir. Burada Petronas Qüllələrinin göyə yüksəldiyini və şəhərin dinamik atmosferinin bir araya gəldiyini görə bilərsiniz. Tarixi məbədlər və müasir arxitektura harmoniyada birləşir. Bazarların dolu rəngləri və qoxuları sizi qədim adət-ənənələrlə tanış edəcək, hər küçə sizə yeni bir hekayə danışacaq.
Borneoya səyahət isə təbiətin ən saf halına qovuşmaq kimidir. Buradakı cəngəlliklər vəhşi həyatla doludur: nəsli kəsilməkdə olan oranqutanlar, zərif pigme fillər və minlərlə başqa növ canlılar bu yerlərdə öz evini tapıb. Təbiətin səssizliyi və sirri burada insanı dərin düşüncələrə aparır.
Langkavi isə sakitlik və rahatlıq üçün ideal bir məkandır. Qumlu çimərliklər və suların duruluğu bu adanı əsl cənnətə çevirir. Günəşin doğuşunu izləyərək, ağ qumların üzərində gəzinti edərək təbiətin özündə bir sığınacaq tapa bilərsiniz. Adanın tropik cəngəllikləri və maqmatik qayaları da macəra axtaranlar üçün möhtəşəm imkanlar təqdim edir.
Hər üç bölgədə insanlar sizi qonaqpərvərliklə qarşılayır, hər gülümsəmə, hər “selamat datang!” (xoş gəldiniz) sizə bu torpağın əsl ruhunu hiss etdirir. Malayziya sizin üçün təkcə bir səyahət deyil, özünüzü yenidən kəşf edəcəyiniz, təbiətlə, mədəniyyətlə və insanlarla bağ quracağınız bir macəra olacaq. Bu səyahət həyatınıza yeni rənglər qatacaq və ruhunuzu zənginləşdirəcək hekayələr yaradacaq.
Viza və uçuşlar
Viza
Azərbaycan vətəndaşları Malayziyaya turizm məqsədli 30 günə qədər səfər planladıqda viza tələb olunmur.
Səfərdən öncə online formatda Malaysia Digital Arrival Card doldurulmalıdır (https://imigresen-online.imi.gov.my/mdac/main)
Uçuşlar
Malayziyanın əsas beynəlxalq hava limanı paytaxt Kuala Lumpurda yerləşən eyniadlı havalimanıdır. Azərbaycandan Malayziyaya birbaşa uçuş olmadığından, qiymət/komfort/zaman baxımından ən uyğun reyslər Qatar Airways (Doha üzəri), Air Arabia(Şarjah) üzəri sayılır. Digər alternativ marşrutlar da mövcuddur və bunlar bir qədər araşdırma tələb edə bilər. Uçuş biletlərini mümkün qədər əvvəl alaraq büdcənizə qənaət edə bilərsiniz.
Təhlükəsizlik və sağlamlıq
Sağlamlıq
Səfər müddətində tibbi xərcləri əhatə edən geniş səhiyyə sığortası əldə edin. Malayziya xüsusi peyvəndlər tələb etməsə də, səyahətdən əvvəl həkiminizlə rutin peyvəndlər haqqında məsləhətləşmək məsləhətdir. Xüsusi sağlamlıq problemləriniz varsa, peşəkar tibbi məsləhət alın.
Cənub-Şərqi Asiyada, o cümlədən Malayziyada, ağcaqanadlar vasitəsilə yayılan DENGE virusu vardır. Özünüzü qorumaq üçün həşərat spreyi istifadə edin və bitki örtüyü çox olan yerlərdə uzun qollu köynək və şalvar geyin. Çiy su və buzlu içkilər içməkdən çəkinin.
Təhlükəsizlik
Malayziya kifayət qədər təhlükəsiz ölkələrdən biridir və cinayət hadisələri çox nadirdir. Bununla belə, sıx yerlərdə əşyalarınıza diqqət yetirin, xüsusilə bazar və turistik məkanlarda. Nəqliyyat xidmətlərini, məsələn, taksiləri və ya Grab kimi tətbiqləri istifadə edərkən, taksometrin işə salındığından əmin olun və ya əvvəlcədən qiymət razılaşması edin.
Pul dəyişərkən, etibarlı və tanınmış məntəqələrdən, məsələn, banklardan və ya lisenziyalı pul dəyişənlərdən istifadə edin. Küçə satıcılarının təklif etdiyi valyuta dəyişmə xidmətlərindən çəkinin.
Yolları keçərkən ehtiyatlı olun, həmişə piyadalar üçün keçidlərdən istifadə edin və yol hərəkəti qaydalarına riayət edin.
İstiqamətlər və nəqliyyat
İstiqamətlər
Malayziya bura ziyarət edənlərə o qədər müxtəliflik təqdim edir ki, seçim etmək üçün bir xeyli planlama lazım olur. Əsl Hindçin mədəniyyətinin qarışığı olan bü ölkə paytaxt Kuala Lumpur, flora və faunası ilə məşhur Borneo, rezort və ağ qumlu Langkawi adası ilə məşhurdur. Kuala Lumpur Cənub-Şərqi Asiyanın ən müasir şəhərlərindən sayılır. Malayziyanın başlıca turizm məkanları arasında Penang, Langkawi, Malacca, Borneo adası və Genting Highlands kimi yerlər var. Penang, George Town ilə tarixi və mədəni irsini nümayiş etdirir.
Nəqliyyat
Malayziyada şəhər içi nəqliyyatda ən çox istifadə edilən vasitələr MRT (Metro), LRT qatarlar və taksilərdir. MRT sistemi geniş şəbəkəyə malikdir və Kuala Lumpur şəhərinin müxtəlif yerlərinə rahat və sürətli səyahət imkanı təqdim edir. Qatar xətləri də geniş yayılıb və şəhərin müxtəlif bölgələrinə asanlıqla çatmağa kömək edir. Taksi xidmətləri də mövcuddur və ümumiyyətlə etibarlı və rahatdır. Grab və digər mobil tətbiqlər vasitəsilə nəqliyyat sifarişi etmək rahatdır və təhlükəsizdir.
Bu xüsusiyyətlər Malayziyada təhlükəsiz və rahat bir səyahətin zəmanətidir.
Malayziyaya səyahət edərkən rahat və problemsiz bir təcrübə üçün bu məlumatlardan yararlanın və səyahətinizin planlamasını tam əminliklə bizə həvalə edə bilərsiz.