Vyetnam

Başlıqlar

Vyetnam “mədəniyyət şoku” sözünün mənasını sizə hiss etdirən ölkələrdən olacaq. Bu ölkə barədə ümumi yazını sizinlə paylaşmaq istərdik:

Vyetnamda nələr sizi təəssüfləndirəcək?

Çimərliklər

Bu mövzuda Filippin, Tayland, İndoneziya kimi ölkələrə Vyetnamın sahil qırağı çatmır. İnanın ki, buna baxmayaraq, səyahətiniz zamanı Nha Trang, Phu Quoc, Da Nang və müxtəlif adalarda yerləşən çimərliklər sizi peşman etməyəcək. Təmiz və mavi sulu sahilləri tapmaq üçün sizə öncədən kiçik bir araşdırma aparmaq lazım olacaq.

Şəhər infrastrukturu

Mənfi cəhətlərdən biri də böyük şəhərlərin yollarının piyada, komfortlu gəzinti üçün yararsız olmasıdır.

Zaman

Gəlin, hər şeyi üç-beş gün ərzində görməyə öyrəşdiyiniz Avropa şəhərlərini və Dubayı unudaq burada. Çünki qeyd etdiyim gün sayı Vyetnamdan zövq almaq üçün kifayət etmir. Ölkənin fərqli mədəniyyətini, təbiətini, tarixini və möhtəşəmliyini hiss etmək, dərin təcrübədən keçirmək üçün minimum 10-12 gün gərəklidir.

Vyetnamı nəyə görə sevəcəksiniz?

Bu ölkə sanki təvəzökər bir insan tipidir. Öz potensialını, dəyərini çox gözəl bilir, amma bölüşməyi sevmir. Vecinə belə deyil kim onun barədə nə düşünür, nə yazır, nə pozur…

Mənzərələr və təbiət

Turistik mərkəzlərdən bir neçə kilometr uzaqlaşmaq kifayət edir ki, Vyetnam sizə öz ənənəvi kimliyini göstərsin. Düyü plantasiyaları, mağaralar, cəngərliklər, dağlar, zirvələr…bir sözlə, çox fərqli təbiəti vardır. Bəzilərinin adını mən yazım, siz isə zamanınız və həvəsiniz olarsa araşdırarsız: Ha Giang, SaPa, Cao Bang, Quy Nhon, Mu Cang Chai və s.

Qiymət və keyfiyyət

Azərbaycandan bura gəlmək üçün təəssüf ki birbaşa reyslər yoxdur(2024.05.10 tarixi üçün), tranzit ölkələr üzəri gəlmək isə, bəzən çox da büdcəli alınmır. Amma və lakin, ölkədaxili xərcləriniz həqiqətən də büdcəli olacaq. Bu, həm əyləncəyə, həm yeməyə, həm də yaşayacağınız hər bir təcrübəyə dəyər. Vyetnam regionun ən ucuz istiqamətlərindən sayılır.

Mehriban insanlar, dadlı kofe və tarix.

Bu haqda nə yazım bilmədimş.. gəlib, görüb, yaşamaq lazım olacaq anları.

Sonda isə qeyd etmək istərdim ki, səyahət üçün bura gəlməyi düşünürsünüzsə, mütləq və mütləq gözləntilərinizi dəyişin. Nə qədər bəsit səslənsə də, Vyetnam Vyetnam olduğuna görə sevilir. Buradan Bali, Tayland, Sinqapur gözləmək yalnışdır.

Vyetnam səyahətini Asia İnsight ilə planlaya və bu ölkədə göstərdiyimiz bələdçilik xidmətindən istifadə edə bilərsiniz.

Viza və uçuşlar

Viza

Azərbaycan vətəndaşları Vyetnama turizm məqsədi ilə səfər etdikdə, bu ölkənin turist vizasına müraciət etməlidir. Vyetnamın Miqrasiya Departamenti saytında (https://evisa.xuatnhapcanh.gov.vn/trang-chu-ttdt) online formada e-visa (elektron vizaya) müraciət olunmalı. Viza rüsumu tək giriş üçün(single entry) 25 USD; multi giriş üçün isə(multi-entry) 50 USD təşkil edir. Vizanın aktiv olma müddəti 90 günə qədərdir və 5 iş günü ərzində verilir.

Viza haqqında videomuzu izlə:
https://www.instagram.com/reel/C32WpufylRa/

Uçuşlar

Azərbaycandan Vyetnama birbaşa uçuş olmadığından, qiymət/komfort/zaman baxımından ən uyğun reyslər Qatar Airways (Doha üzəri) və Turkish Airlines(İstanbul üzəri) sayılır. Ölkəyə təyyarə ilə giriş-çıxış üçün Ho Chi Minh və paytaxt Hanoi şəhəri ən uyğun istiqamətlərdi. Ümumi uçuş saatı təxminən 12-14 saat çəkir. Alternativ marşrutlar da kifayət qədərdir və bir az araşdırma tələb edəcək. Təyyarə biletlərini bir neçə ay öncə almaq, büdcənizin qənaəti deməkdir.
Digər alternativ marşrutlar da mövcuddur və bunlar bir qədər araşdırma tələb edə bilər. Uçuş biletlərini mümkün qədər əvvəl alaraq büdcənizə qənaət edə bilərsiniz.

Təhlükəsizlik və sağlamlıq

Sağlamlıq

Səyahətə çıxarkən sağlamlığınızın qayğısına qalmaq çox vacibdir. İlk növbədə, səhiyyə sığortası etdirmək lazımdır. Vyetnam rəsmi olaraq peyvənd tələb etməsə də, öz həkiminizlə məsləhətləşməyiniz məsləhətdir. Xüsusi narahatlığınız varsa, mütləq həkimdən məsləhət alın.
Vyetnamda ən çox yayılan viruslardan biri DENGE virusudur, bu virus ağcaqanad sancması ilə yayılır. İnternetdə bu virusun simptomları və sağalma yolları haqqında çoxlu məlumat tapa bilərsiniz.
Yeməkdən zəhərlənmə riski də burada var. Bu hər zaman, hər yerdə baş verə biləcək bir haldır. Xüsusilə Vyetnamda dəniz məhsulları geniş yayılmış olduğundan, bu məhsullara xüsusi diqqət yetirmək vacibdir. Yeməklərin təmizliyinə və təzəliyinə diq qət etmək sağlam qalmağınızı təmin edəcək.
Ən önəmli nöqtərədən biri də Vyetnamda heç vaxt çeşmə suyu içməyin.

Təhlükəsizlik

Vyetnamda olduğum və yaşadığım müddətdə ağır kriminal hadisələrlə rastlaşmamışam. Ümumən Vyetnam səyahət üçün təhlükəsiz istiqamətlərdən sayılır və ən çox rastlanan problem xırda cibgirlikdir və bu, əsasən şəhər mərkəzlərində və turistlərin çox olduğu yerlərdə baş verir. Şəxsi təhlükəsizliyinizi qorumaq üçün hər zaman ayıq olun, yol qırağında telefonla çəkiliş edərək gəzməyin.
Onlayn fırıldaqlar da ola bilər, buna görə də gələn mesajlarda linklərə diqqətlə yanaşın. Pul dəyişərkən isə yoxlanılmış və çox adamın getdiyi yerlərə üz tutun.
Burada lyuks həyat yaşamaq üçün qızıl əşyalar və bahalı aksesuarlar ilə çöldə gəzməyə ehtiyac yoxdur. Əksinə, bu cür əşyalar motoçular tərəfindən hədəf alınan ilk şeylərdir. Sadə və diqqətsiz qalmaq ən yaxşı seçimdir.
Onlayn fırıldaqlar da ola bilər, buna görə də gələn mesajlarda linklərə diqqətlə yanaşın. Pul dəyişərkən isə yoxlanılmış və çox adamın getdiyi yerlərə üz tutun.
Burada lyuks həyat yaşamaq üçün qızıl əşyalar və bahalı aksesuarlar ilə çöldə gəzməyə ehtiyac yoxdur. Əksinə, bu cür əşyalar motoçular tərəfindən hədəf alınan ilk şeylərdir. Sadə və diqqətsiz qalmaq ən yaxşı seçimdir.

İstiqamətlər və nəqliyyat

İstiqamətlər

Vyetnam şimaldan cənuba 1650 km uzanır və coğrafi baxımdan ərazisi “S” hərfini xatırladır. Çin, Kamboca, Laos ilə quru sərhədləri, Tayland, Filipin, Malayziya və İndoneziya ilə isə su sərhədlərini bölür. Ölkənin paytaxtı Hanoy daha çox mədəniyyəti, tarixi, gölləri və ölkəni idarə edən komunist partiyasının məskunlaşdığı şəhər kimi tanınır. Ho Chi Minh şəhəri isə Vyetnam həm ərazisinə görə, həm də əhali sayına görə ən böyük şəhəri sayılır. Keçmişdə Saigon kimi tanınan bu şəhər, Fransız-Vyetnam arxitekturasını, müasirliyi və Amerika-Vyetnam müharibəsindən qalmış muzey və əraziləri ilə məşhurdur. Vyetnamda ən populyar turizm istiqamətlərini cənubdan şimala sizə yazırıq: Phu Quoc adası, Mekong Delta(Ben Tre, Can Tho), Ho Chi Minh, Nha Trang, Da Lat, Da Nang, Hoi An, Hue, Ninh Binh, Ha Long bay, Hanoi, Ha Giang, Sapa, Cao Bang.

İstiqamətlər haqqında videomuzu izlə:
https://www.instagram.com/reel/C5BpRXVyXb0/

Nəqliyyat

Şəhərlər içi nəqliyyat növü əsasən motosikletlər sayılır, bura moto taksi xidməti belə kifayət qədər populyardır. Metro və avtobus sistemləri çox əlverişli deyil. Qısa müddətlik səfər zamanı adi qaydada taksi xidmətindən istifadə məsləhət görülür. Maşınlar komfortlu və kondisionerlidir. Şəhərlər arası nəqliyyat növü isə komfortlu avtobuslar(sleeper bus, capsule bus, limousine bus), komfortlu qatarlar və ölkədaxili təyyarələr hesab olunur.

Vyetnama səyahət edərkən rahat və problemsiz bir təcrübə üçün bu məlumatlardan yararlanın və səyahətinizin planlamasını tam əminliklə bizə həvalə edə bilərsiz.

Vyetnam Turlarımız

Ekzotik Cənub

Qiymət: 1100 USD

Müddət: 9 gecə/10 gün.

Tarix: 2024, Dekabr

Cənubdan Şimala

Qiymət: 1100 USD

Müddət: 9 gecə/10 gün.

Tarix: 2024, Oktyabr

Şimal Vyetnam Turu

Qiymət: 1300 USD

Müddət: 9 gecə/10 gün.

Tarix: 2024, Noyabr

İstiqamətlər
Hasan

Kamboca

Başlıqlar Viza və uçuşlar Viza Azərbaycan vətəndaşları Kambocaya turizm məqsədli səfər planladıqda həm elektron viza ala bilər(https://www.evisa.gov.kh/application), həm də ölkəyə

davamını oxu »
İstiqamətlər
Hasan

Sinqapur

Başlıqlar Sinqapur Asiyanın ürəyində müasir və dinamik bir şəhər-dövlətdir. Marina Bay, Sentosa Adası və Chinatown kimi üç əsas məkan sizi

davamını oxu »
İstiqamətlər
Hasan

Laos

Başlıqlar Laos özlüyündə Luang Prabang’ın sakit məbədlərindən Vang Vieng’in heyrətamiz dağ mənzərələrinə qədər təbii gözəlliyə və mənəvi irsə sakit bir

davamını oxu »

Səfərimi Planla

Please enable JavaScript in your browser to complete this form.
(sizinlə operativ əlaqə saxlamaq üçün)
(sizinlə operativ əlaqə saxlamaq üçün)
Gələcəyiniz dəqiq tarixi bilirsiniz mi?
Beynəlxalq Uçuş Biletlərini və Vizanı çıxmaq şərti ilə, bir gün və bir nəfər üçün USD ilə təxmini büdcəniz ( hər şey daxil )
Hansı səyahət tərzinə üstünlük verirsiniz?
Dəqiq bir səyahət planınız varmı?